!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə yeni savaşın dünya neft bazarına TƏSİRİ: “Bununla bağlı müxtəlif ssenarilərin mövcudluğu...”

!Reklam – Yazi
“Bazarda qeydə alınan belə bir artımın səbəbi münaqişənin daha geniş arealı əhatə etməyəcəyinə dair gözləntilərdir”.
Bu fikirləri İsrail-Fələstin hərbi toqquşmasının dünya bazarlarında neftin qiymətinə mümkün təsirini dəyərləndirən iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, dünya neft bazarında müşahidə olunan cüzi dəyişiklik risklərin artması ilə birbaşa bağlıdır:
“Baş verən son proseslər, eləcə də OPEK-in müəyyən qərarları birjalarda neftin qitmətinə təsirsiz ötüşməyib. Bu çərçivədə qiymətlərə ən çox təsir göstərən amil Yaxın Şərqdə cərəyan edən proseslərdir. Nə İsrail, nə də Fələstin neft ölkəsi deyil. Lakin narahatlıq ondan ibarətdir ki, bu münaqişədə Ərəb-İran amili çox qabarıqdır və hərbi qarşıdurma dərinləşərsə, onun coğrafiyası da genişlənə bilər. İndiki bazar qiymətlərinin artımı da məhz bu amilin nəticəsidir. Amma dünya neft bazarında müşahidə olunan cüzi dəyişiklik risklərin artması ilə birbaşa bağlıdır. Bazarda qeydə alınan belə bir artımın səbəbi münaqişənin daha geniş arealı əhatə etməyəcəyinə dair gözləntilərdir. Qeyd etmək lazımdır ki, bununla bağlı müxtəlif ssenarilər mövcuddur və bu da məsələyə çoxtərəfli yanaşmaların varlığından xəbər verir”.
Yusif Səmədzadə

www.yenicag.az

800
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv