!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yay aylarında ağcaqanadlardan QORUNMA ÜSULLARI: Ən effektiv 8 təbii QAYDA

!Reklam – Yazi

 

Yay mövsümünün gəlişi ilə birlikdə arzuolunmaz “qonaqlar” olan ağcaqanadlar da evimizə ayaq açır. Düzdür, insanlar tərəfindən o qədər də əhəmiyyət verilməsə də, bu həşəratlar hətta insan orqanizmində bir sıra xəstəliklərə də yol aça bilər. Ağcaqanaddan qorunmağın bir sıra yolları var.

Yenicag.az həmin üsulları təqdim edir:

1.Açıq rəngli paltarlara üstünlük verilməlidir.

Ağcaqanadlar daha çox tünd rəngli paltar geyən insanlara meyl etdiklərinə görə, tünd rəngləri öz şəxsi məkanları kimi görürlər.

2. B və C vitaminləri qəbul edilməlidir.

B və C vitaminləri ilə zəngin qidalar ağcaqanadların çox sevmədiyi qida qrupları arasındadır. C vitamini suda həll olunan vitamin olduğundan orqanizmdə yığılmır, həddindən artıq tərləmənin qarşısını aldığına görə ağcaqanadlar da ona “nifrət” edir.

3. Reyhan və mixəkdən istifadə etmək.

Reyhan və mixək qoxusu ağcaqanadları uzaqlaşdırır. Pəncərənin qarşısına qoyduğunuz bu bitkiləri yatağınızın kənarına qoymaq da ağcaqanadlara təsir edəcək.

4. Tez-tez duş qəbul etmək.
Ağcaqanadlar daha çox tərli bədəni və ayaq qoxusu problemi olan insanlara yaxın gəlir. Yatmazdan əvvəl duş qəbulu da onların sizə hücumundan qoruya bilər.

5. Sirkədən istifadə.

Sirkə ilə doldurulmuş stəkan pəncərənin qarşısına qoyulmalıdır. Onun kəskin qoxusu milçək və ağcaqanadlara təsir edərək, onların uzaqlaşmasına səbəb olur.

6. Sarımsaq və soğandan istifadə.

Ağcaqanadlara qarşı təsirli üsullardan biri soğan və sarımsaqdır. Amerikada aparılan araşdırma nəticəsində məlum olub ki, ağcaqanadlar sarımsaq və sarımsaq yağı olan yerlərə yaxınlaşmırlar.

7. Nanə və limon.
Nanə, reyhan kimi bitkilər mətbəxdə və ağcaqanadları dəf etməkdə faydalıdır. Nanə ağcaqanadları uzaqlaşdırmaqla yanaşı, ağcaqanad sancmalarına qarşı da faydalıdır. Nanə və limondan hazırlanmış təbii sprey də otağa girən ağcaqanadları dəf etmək üçün çox təsirlidir.

8. Lavandadan istifadə.
Demək olar ki, hər kəs lavanda qoxusunu sevir. Məlum olmayan odur ki, ağcaqanadlar lavanda qoxusuna “nifrət” edirlər. Bədənə vurulan lavanda yağı ətrafdakı ağcaqanadları özünüzdən uzaqlaşdıracaq.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv