Yəmən İranın sülh planını rədd edib
Yəmən hökuməti İranın ölkədəki böhranın nizamlanması ilə bağlı təkliflərini rədd edib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Biz İranın təşəbbüsünü rədd edirik. Bu planın məqsədi yalnız siyasi manevrdir”, deyə hökumət nümayəndəsi Qətərdə agentliyə bildirib.
Qeyd edək İran aprelin 15-də Yəməndəki münaqişənin sülh yolu ilə nizamlanması üzrə plan təqdim edib.
İran XİN rəhbəri Məhəmməd Cavad Zərif qeyd olunan planı səfərdə olduğu İspaniyada təqdim edib.
Plan 4 bənddən ibarətdir: atəşkəsin tətbiq olunması, ehtiyacı olanlar üçün humanitar yardımların göndərilməsi, Yəməndə daxili dialoqun başlanılması və ölkənin bütün siyasi hərəkatlarının iştirakı ilə milli həmrəylik hökumətinin yaradılması.