ABŞ hərbçiləri Yəməndə “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.
“Aprelin 23-də hava zərbəsi nəticəsində “Əl-Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki məhv edilib. Məlumat artıq təsdiqlənib”, deyə C.Devis qeyd edib.
Pentaqon rəsmisi həmçinin bildirib ki, aprelin 27-də Əfqanıstanın Nanqarxar əyalətində xüsusi əməliyyat nəticəsində 35 İŞİD terror qruplaşmasının silahlısı məhv edilib.
Yeniçağ.Az
www.yenicag.az