!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yenə cərimələr hesablanacaq, məhkəmə prosesləri başlayacaq, borclulara təzyiqlər artacaq...” - İqtisadçıdan PROQNOZ / VİDEO

!Reklam – Yazi

“Pandemiya və sərt karantin rejimi bitməsə də, heç bir güzəşt yoxdur və kreditlər ödənilməlidir”.

Yenicag.az xəbər verir ki, bunu koronavirus pandemiyası dövrünün problemli kreditlərlə bağlı vəziyyətə mümkün təsirlərini dəyərləndirən iqtisadçı Əkrəm Həsənov deyib.

İqtisadçının sözlərinə görə, pandemiya ilə bağlı kreditlərin ödənilməsindəki çətinlikləri Mərkəzi Bank bu il tənzimləmək istəmədi:

“Ötən ilin aprel və sentyabr aylarında Mərkəzi Bank banklara tövsiyə etmişdi ki, pandemiya ilə əlaqədar kreditlər üzrə gecikmə olduqda, müştərinin kredit tarixçəsini korlamasınlar və cərimə hesablamasınlar.

Bu tövsiyənin qüvvəsi 1 yanvar 2021-ci il tarixində bitdi. Pandemiya və hətta sərt karantin rejiminin qüvvədə olmasına baxmayaraq, bu il üçün analoji tövsiyə yenidən təkrarlanmadı. Deməli, artıq heç bir güzəşt yoxdur və kreditlər ödənilməlidir. Əks halda, cərimələr hesablanacaq, kredit tarixçələri korlanacaq, məhkəmə prosesləri başlayacaq, borc alanlara təzyiqlər artacaq.

Bununla yanaşı, bankların rəsmi problemli kreditləri də artacaq və Mərkəzi Bankın kapitallaşma tələbi yenə gündəmə gələcək. Eyni zamanda, aprelin 5-də “Əmanətlərin tam sığortalanması haqqında” Qanun da qüvvədən düşəcək. Böyük ehtimalla problemli kreditlər portfeli yüksək olan bankların da aqibəti ona qədər həll olunacaq.

Ümid edirəm ki, bütün bunların fonunda ölkədə müflisləşmə haqqında qanun yenilənəcək və real işləyəcək. O cümlədən, vətəndaşların da müflisliyinin tanınması nəzərə alınacaq”.

Gülşən Şərif

COP29

www.yenicag.az

893
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv