!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni Çağ”ın əməkdaşı beynəlxalq tədbirdə - Azərbaycandan dəvət edilən yeganə jurnalist oldu - FOTO

!Reklam – Yazi

Qazaxıstanın paytaxtı Astanada sentybarın 8-13-də V Ümumdünya Köçəri Oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan 8 idman növü üzrə 54 idmançı ilə təmsil olunduğu yarışda ümumilikdə 7 medal qazanıb.

Azərbaycan idmançıları ən böyük uğuru qazax güləşində əldə ediblər. Bu növdə 2 gümüş və 2 bürünc olmaqla dörd medal qazanılıb. Alış güləşində medalların sayı daha iki bürünclə artıb. Yeddinci medal, o da bürünc olmaqla, aba güləşi yarışında əldə edilib.

V Ümumdünya Köçəri Oyunları 89 ölkədən təxminən 2500 iştirakçını bir araya gətirərək, idman və köçəri mədəniyyəti ənənələrinin bayramına çevrilib.
Oyunların proqramına 21 idman növü üzrə yarışlar daxil idi. İdman yarışları ilə yanaşı, etnoaulda hər gün təxminən 100 mədəni tədbir keçirilib və qonaqlar köçəri xalqların zəngin irsi ilə tanış olublar.

Oyunların bağlanış mərasimində Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan və Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabosinov çıxış ediblər. Tədbir Astananın etnoaulunda keçirilib və burada VI Ümumdünya Köçəri Oyunlarının 2026-cı ildə Qırğızıstanda keçiriləcəyi elan edilib.

Qeyd edək ki, Qazaxıstanın Azərbaycandakı səfirliyi vasitəsiçiliyi ilə tədbirdə iştirak edən yeganə azərbaycanlı jurnalist Yenicag.az-ın tərkibində fəaliyyət göstərən Novayaepoxa.com-un redaktoru Rüstəm Qasımov olub. Həmçinin o, media nümayəndələri və bloqerlər üçün təşkil edilən brifinqdə “Qazax Turizm” Milli Şirkətinin İdarə Heyətinin sədri Kayrat Sadvakasovla həmsöhbət olub.

COP29

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv