!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni Müsavat” qəzeti 35 yaşında - VİDEO

!Reklam – Yazi

Azərbaycanın köklü media qurumlarından olan “Yeni Müsavat” qəzeti 35-ci ildönümünü qeyd edir.

Bu əlamətdar hadisə münasibətilə “Yeni Müsavat” Media Qrupuna daxil olan TV Müsavat tərəfindən xüsusi jübiley filmi hazırlanıb. Filmdə “Yeni Müsavat” Media Qrupunun rəhbəri və qəzetin qurucusu Rauf Arifoğlunun geniş müsahibəsi, eləcə də Xankəndidən unikal görüntülər yer alıb.

Musavat.com bu filmi təqdim etməklə yanaşı, “Yeni Müsavat” qəzetinin indiyədək dərc olunmuş 8580 sayından ən azı birini oxumuş hər kəsi təbrik edir. Bu yubiley yalnız “Yeni Müsavat” üçün deyil, bütün Azərbaycan mediası üçün qürur dolu bir hadisədir. Qəzetin 35 illik fəaliyyəti ölkənin informasiya tarixində mühüm iz buraxmışdır və bu uğurun davamlı olması Azərbaycan mediasının gələcək nailiyyətləri üçün də vacibdir.

150-ci ildönümü yaxınlaşan Azərbaycan mətbuatının 35 ilində “Yeni Müsavat” qəzetinin də adı və yeri vardır.

Arayış üçün xatırladaq ki, “Yeni Müsavat” qəzeti Azərbaycanın müstəqillik dövrünün ən məşhur və təsirli media qurumlarından biridir. 1989-cu ilin 10 noyabrında təsis olunan qəzet, ilk nömrəsi ilə Azərbaycan jurnalistikasında yeni bir mərhələnin başlanğıcını qoydu.

“Yeni Müsavat” ilk dəfə nəşr olunarkən Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə apardığı, ölkənin siyasi və ictimai dəyişikliklər yaşadığı bir dövrə təsadüf edirdi. Qəzet, Azərbaycan Xalq Cəbhəsi və müstəqillik hərəkatının informasiya daşıyıcısı kimi fəaliyyət göstərmişdir. 1990-cı illərin əvvəllərində Azərbaycanın sovet əsarətindən çıxaraq müstəqillik qazanmasında “Yeni Müsavat” kimi qəzetlər mühüm rol oynayıb. 

1573197467_22ba1da51070.jpg (100 KB)

1990-cı illərdə “Yeni Müsavat” ölkədə demokratik dəyərlərin, söz azadlığının və insan haqlarının müdafiəçisi kimi çıxış etdi. Qəzet yalnız xəbər yaymaqla kifayətlənməyərək, həm də oxuculara müxtəlif fikirləri təqdim edən bir platformaya çevrildi.

2000-ci illərin əvvəllərində qəzet ölkənin aparıcı media qurumlarından biri kimi öz mövqeyini daha da gücləndirdi. İnternetin yayılması ilə “Yeni Müsavat” rəqəmsal məkanda da öz yerini tutmağa başladı və “Musavat.com” adlı internet portalını yaratdı. Bu portal vasitəsilə qəzet daha geniş auditoriyaya çatdı və oxucularına həm xəbər, həm də təhlil, müsahibə, reportaj kimi müxtəlif janrlarda materiallar təqdim etdi.

2010-cu illər isə İnkişaf və modernləşmə baxımından çox əhəmiyyətli oldu. Bu illərdə “Yeni Müsavat” yalnız çap versiyası ilə kifayətlənməyərək, rəqəmsal platformalarda da fəaliyyətini genişləndirdi. “Musavat.com” saytı Azərbaycan mediasının rəqəmsal transformasiyasının öncüllərindən biri oldu. Qəzet, ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə oxucularına çatdırmağa davam etdi və müstəqil mövqeyi ilə seçildi. Rauf Arifoğlu tərəfindən 2012-ci ildə yaradılan Minval.az portalı isə rusdilli xəbər məkanında öncüllərdın biri oldu.

038bf731-08ca-441c-b7f7-65c304b38ca4.jpg (84 KB)

2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə “Yeni Müsavat” üçün də mühüm bir mərhələ oldu. Qəzet və onun rəqəmsal platformaları bu zəfəri işıqlandıraraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmə prosesini geniş şəkildə oxucularına çatdırdı. “Yeni Müsavat” Qarabağ müharibəsindəki tarixi qələbəni həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə işıqlandıraraq, Azərbaycan xalqının səsini dünyaya çatdırdı.

Bu gün “Yeni Müsavat” qəzeti 35 illik yubileyini qeyd edir. Bu illər ərzində qəzet Azərbaycan mediasında möhkəm mövqe tutub və ölkədə söz azadlığının simvoluna çevrilib.

27f304f6-165f-4fe2-bd21-02d9bec677ae.jpg (593 KB)

“Yeni Müsavat” qəzeti Azərbaycanın müstəqillik tarixi və milli ideologiyasının yaşadılmasında böyük rol oynayıb. Onun keçdiyi yol və göstərdiyi mübarizə Azərbaycan mediasında daim nümunə olaraq qalacaq. Qəzetin tarixi və nailiyyətləri, ölkənin ictimai-siyasi həyatında təsirini davam etdirir və Azərbaycan mediasının gələcəyinə işıq tutur.

“Yeni Çağ” Media Qrupu olaraq, “Yeni Müsavat” qəzetinin kollektivini təbrik edir, uğurlar arzulayırıq.

COP29

www.yenicag.az

173
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv