Yeni rəis müavinini işdən çıxartdı

media-hightechnic-468x90

zerdab polisiZərdab rayonuna noyabr ayında təyin olunun polis rəisi Məmməd Hüseynov ciddi kadr islahatlarına başlayıb.

Yeni rəis Zərdab Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Adil Əsədovu və bir neçə polis nəfərini işdən azad edib.

Vəzifədən çıxarılan rəis müavini daha sonra daxili işlər naziri Ramil Usubovun əmri ilə Balakən Rayon Polis Şöbəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, daxili işlər nazirinin ötən ilin noyabr ayında imzaladığı müvafiq əmrlərlə Zərdab Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənzadə Balakən rayonuna, Naftalan Şəhər Polis Şöbəsinin rəisi Məmməd Hüseynov isə Zərdab rayonuna polis rəisi təyin ediliblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600