Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yeni Zelandiya marixuanadan istifadəni leqallaşdırır

Yeni Zelandiya Parlamenti tibbi məqsədlər üçün marixuananın istehsalına və satışına icazə verən qanun qəbul edib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri David Klark bildirib:

“Yeni qanun marixuanadan hazırlanan keyfiyyətli dərman vasitələrinin yayılmasını asanlaşdıracaq. Həmçinin, dərmanların ölkədə də istehsalına imkan yaradacaq”

Marixuanadan hazırlanacaq məhsullara lisenziya verilməsi yeni qanunun qüvvəyə minməsindən bir il ərzində tətbiq olunacaq. Marixuanadan hazırlanan bütün dərmanlar yalnız həkim resepti əsasında satılacaq.

Hökumət həmçinin marixuanadan hazırlanan dərmanların istehsalına nəzarət edəcək işçi qrupu yaradacaq.

www.yenicag.az

1405
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100