Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yenicag.az 11 yaşını qeyd edir - VİDEO

Azərbaycan mediasında özünə məxsus yeri olan “Yenicag.az” bu gün 11 yaşını qeyd edir.

1 fevral 2006-cı-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi olan “Yenicag.az” 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.

“Yenicag.az” Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri də operativ qaydada oxuculara çatdırır.

Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını geniş işıqlandıran “Yeniçag.az”da müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıq üzü görür.

Öz fəaliyyətində tərəfsizliyi və obyektivliyi hər zaman rəhbər tutan “Yenicag.az” mövcud siyasi və sosial qrupların heç birinə qarşı ayrıseçkilik etmir, tam obyektiv və müstəqil informasiya siyasətini həyata keçirir.

2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən “Yenicag.az”ın türk və rus dili versiyaları da fəaliyyətə başlayıb.

2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan “Yenicag.az” ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir.

“Yenicag.az” Azərbaycan həqiqətlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərməkdədir. Saytın rəhbəri Aqil Ələsgərin təşəbbüsü ilə Türkiyədə hər il Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər keçirilir, yayım materialları hazırlanır, müxtəlif aksiyalar təşkil olunur. “Yenicag.az” rəhbərinin təşəbbüsü və dəstəyi ilə Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayevanın “Erməni zindanında 8 gün” kitabı nəşr olunub.

Türkiyədəki 15 iyul çevriliş cəhdindən əvvəl bu cəhdi həyata keçirən şəbəkənin ifşasında yorulmadan fəaliyyət göstərən Aqil Ələsgər həmin təşkilatın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi pozuculuq fəaliyyətinə həsr olunmuş “Terrorun Gülən üzü” və “Səssiz işğal” kitablarını çap etdirib.

“Yenicag.az” bu gün də Azərbaycan və Türkiyənin milli təhlükəsizliyinə yönələn bütün cəhdlərə qarşı yüksək həssaslıq nümayiş etdirir və bu məsələləri daim diqqət mərkəzində saxlayır. 10 illik yubileyini qeyd edən “Yenicag.az” öz oxucularının mənafelərini hər zaman əsas götürərək, onların maraqla qarşılayacaqları yeni və aktual layihələri həyata keçirmək istiqamətində addımlayır.

Bu gün “Yeni Çağ Azərbaycan” Media Qrupuna “Yenicag.az” (Azərbaycan), “Yenicag.ru” (rus) və “Yenicag.info” (türk) domenləri daxildir. Beynəlxalq reytinq şəbəkələrində qabaqcıl yerləri tutan “Yenicag.az” ayda 2 milyona yaxın internet istifadəçisi tərəfindən ziyarət edilir. Saytın aylıq səhifələnməsi 3-4 milyon arasındadır.

www.yenicag.az

1286
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS