Yenicag.az 7 yaşında!..
Bu gün “Yeni Çağ” qəzetinin internet versiyasının (yenicag.az) 7 yaşı tamam olur. Yenicag.az Azərbaycanın internet məkanında fəaliyyət göstərən ilk xəbər saytlarından biridir. 1 fevral 2006-cı ildə qeydiyyatdan keçən qəzet 5 sentyabr 2007-ci ildən etibarən elektron versiyaya keçmişdir.
Azərbaycana təhlükə təşkil edə biləcək qüvvələrin, xüsusilə də dini yönümlü qrupların ifşa olunmasında özünün araşdırma və analitik yazıları ilə mühüm rol oynayan Yenicag.az bu gün də öz prisiplərindən vaz keçməmişdir.
Yenilənən kollektivin və dəyişməyən prinsiplərin ilə, 7 yaşın mübarək, Yenicag.az!!!