Yaxın iki gün ərzində Yerin yaxınlığından potensial təhlükəli asteroid keçəcək.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Milli Aerokosmik Agentliyi (NASA) bildirib.
Məlumata görə, 2020 WU5 asteroidi 2020-ci il noyabrın 29-da aşkar edilib. Mütəxəssislərin fikrincə, asteroidin diametri 1,1 kilometrə çatır.
Proqnozlara əsasən, asteroid Yerə 7,5 milyon kilometr məsafəyədək yaxınlaşa bilər. Bu, məsafə Yer planeti üçün potensial təhlükəli hesab olunur.
www.yenicag.az