Yer fırlanmağı sürətləndirdi: 5 avqust tarixdə qeydə alınmış ən qısa gün ola bilər
5 avqust 2025-ci il, tarixə qeydə alınmış ən qısa günlərdən biri kimi düşə bilər.
Yenicag.az xəbər verir ki, alimlər bildirir ki, bu günün uzunluğu standart 24 saatdan (86 min 400 saniyə) təxminən 1,25 millisaniyə daha az olacaq. Başqa sözlə desək, Günəşlə ölçülən bir gün bu gün tam dolmur.
Hələlik bu fərqin dəqiq səbəbi məlum deyil, lakin elm adamları Yer kürəsinin fırlanma sürətindəki dəyişikliklərin buna səbəb ola biləcəyini düşünür. Maraqlısı budur ki, bu hal təkcə bu günlə məhdudlaşmır. Bu yay artıq bir neçə “qısa gün” qeydə alınıb:
9 iyul – gün 1,23 millisaniyə qısa oldu, 22 iyul – 1,36 millisaniyə qısa gün kimi yadda qaldı. İndi isə 5 avqustun da bu sıraya düşməsi gözlənilir.
Bəli, 1,25 millisaniyə fərqi heç kim hiss etməyəcək. Amma alimlər xəbərdarlıq edir: əgər bu tendensiya davam edərsə, 2029-cu ildən sonra bu fərq 1 saniyəni keçə bilər. Bu isə artıq texnoloji sistemlərdə və qlobal vaxt koordinasiyalarında düzəlişlərə səbəb ola bilər.
Tarixdə indiyə qədər qeydə alınmış ən qısa gün 2024-cü ilin 5 iyul tarixində baş verib. Həmin gün 24 saatdan 1,66 millisaniyə qısa olub.
Alimlər bu fenomeni yaxından izləyir və səbəbləri araşdırır. Nəticə olaraq isə bir şey aydındır: Yer kürəsi vaxtla yarışa başlayıb.
Məsimə Məmmədova