!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yerdənkənar sivilizasiyadan gələn qəribə siqnallar – 3 milyard işıq ili məsafəsindən

!Reklam – Yazi

Alimlər Yerdən 3 milyard işıq ili məsafəsində yerləşən “cırtdan qalaktika”dan 72 siqnal tutublar.

Yenicag.az xəbər verir ki, Kaliforniya ştatının Berkli Universitetinin tədqiqatçıları 400 terebayt həcmində məlumatların araşdırılması zamanı qəribə siqnallar aşkarlayıblar (BBC).

Bu tapıntı Yerdənkənar sivilizasiyaların axtarılması layihəsi (SETI) çərçivəsində həyata keçirilən tədqiqatlar zamanı üzə çıxıb. Qeyd olunur ki, 1959-cu ildən icra edilən bu layihə naməlum sivilizasiyaların öz mövcudluqları barəsində mütləq qaydada siqnal verməsi ehtimalı əsasında yaradılıb. Sözügedən layihə NASA və ABŞ-ın bir sıra şirkətləri tərəfindən maliyyələşdirilir.

Mütəxəssislərin əldə etdikləri və şərti olaraq, FRB 121102 adlandırdıqları siqnalların mənbəyi olan qalaktika çox unikaldır. Yəni o tip siqnallar yalnız həmin qalaktikadan yayılır. Yayılan siqnallar sürətli, lakin yaxşı hiss olunan radioimpulslardır. Maraqlıdır ki, bu siqnallar haqda ilk məlumat hələ 2007-ci ildə aşkarlansa da, onların araşdırılmasına indi başlanılıb.

SETI-dən verilən məlumata görə, həmin siqnalları buraxan qalaktikanın təbiəti hələlik naməlumdur. Bəzi iddialara əsasən, o siqnallar Yerdənkənar şüurlu substansiyalardan yayılır. Bununla belə, bir sıra tədqiqatçılar sözügedən siqnalların Yerdənkənar sivilizasiyalarda kosmik ekspedisiyalar məqsədilə tikilən nəhəng ötürücülərdən “sızan” enerji ola biləcəyini düşünürllər.

Haqqında danışılan siqnallar Qərbi Virciniya ştatında quraşdırılmış “Qrin-Benk” teleskopu tərəfindən aşkar edilib.

www.yenicag.az

2499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv