“Sağ olsaydı, dostları başına yığışacaqdı, hamımız onun 75 yaşını qeyd edəcəkdik. Amma əcəl aman vermədi. Bu gün onu təbrik etmək üçün məzarı başına toplandıq”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev bu gün doğum günü olan mərhum Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli barədə danışarkən deyib.
Sənət dostunun məzarını ziyarətə gedən aktyor fikirlərini bölüşüb:
“Onun yeri çox görünür, həm kino aləmində, həm də bizim yanımızda. Sadiq dost, gözəl insan, əvəzolunmaz ata və ailə başçısı idi Ramiz. Məzarı üstə getdim, “75 yaşın mübarək” deyib, yubileyini təbrik etdim. Dedim, yerin çox görünür, qardaş.
Onsuz da sənətkarlar ölmür, hər zaman yaşayır. Ramiz Əzizbəyli də bu gün əbədiyyət qazanan sənətkarlar sırasındadır”.
Fotonu təqdim edirik:
Cəvahir
www.yenicag.az