!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yevlaxda ağır qəza - Mikroavtobus yük maşını ilə toqquşdu

!Reklam – Yazi

Yevlax rayonunda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.

Yenicag.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 99-JE-959 dövlıət qeydiyyat nişanlı, “Mercedes” markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq 21-BD-889 dövlət qeydiyyat nişanlı “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyətinin yüngül olduğundan hadisə yerində ilkin tibbi yardım göstərilib. Digər bir nəfər sərnişin, Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Həsən Cavid oğlu Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb./Report/

www.yenicag.az

4040
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv