Yevlaxda ağır yol qəzası baş verib
Yevlaxın Hürüuşağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Ford” markalı mikroavtobusla “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan sürücünü avtomobildən çıxararaq hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.