Yevlaxda Xalq Teatrında yeni tamaşanın premyerası oldu

media-hightechnic-468x90

30 may tarixində Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Şəhər Yaradıcılıq Evində Bəşir Səfəroğlu adına Xalq Teatrının aktyorlarının iştirakı ilə ilk dəfə olaraq Azərbaycan teatr səhnəsində Rəşid Bərgüşadlının “İşıqpulu” əsərinin motivləri əsasında “Etiraf” tamaşasının premyerası keçirilib.

Tamaşanın quruluşçu rejissoru Leyla Abdullayeva, teatrın rəhbəri  Respublikanın Əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlova, musiqi tərtibatı və aranjıman Elçin Rəşidoğlu və Fərid Səfərəliyev, səhnə tərtibatı Salatın Mustafayevadır.

Tamaşada Teymur Mustafayev (Möhsün) , Elnurə Babayeva( Aşa) , Salatın Mustafayeva( qonşu), Zaur Qurbanov(polis ), Rəşad Hüseynov (İşıqpulu yığan), Sabir Hüseynov (Gülağa) ,Fəridə Həsənova(rejissor) ,Xan Quliyev (rejissor) , Leyli Mustafayeva( ailənin qızı) rollarında çıxış ediblər.

Tamaşanın fotoqrafı Orxan Hacıyev,  operator Ruslan Hacıyevdir.

Tamaşada  bütün dövrlərdə baş verən ailə məişət zəminindəki mübahisələrdən söhbət açılır. Əsərin kulminasiya nöqtəsində ailə başçısının ziyalı olması, həyat yoldaşının isə onu anlaması və hər fürsətdə mübahisə yaratması verilib.

Finalda ailənin  bir araya gəlməsi və hər iki tərəfin etdikləri səhvlərini etiraf etmələri tamaşaçının maraq dairəsinə səbəb olub.

Sonda tamaşa böyük alqışlarla sona çatıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600