Yol qəzasında altı nəfər ölüb

media-hightechnic-468x90

Rusiyada ağır yol qəzası nəticəsində 6 nəfər ölüb.

Hadisə Saratov vilayətinin Petrovsk rayonunda baş verib.

Yerli vaxtla saat 05:00 radələrində Nijni-Novqorod-Saratov yolunun Tarumovka kəndi ərazisindən keçən hissəsində “Nissan” və KİA markalı avtomobillər toqquşub.

Polisin məlumatına görə, qəzaya KİA-nın yolun əks istiqamətinə çıxması səbəb olub.

Toqquşma nəticəsində hər iki maşının sürücüsü və KİA-da olan dörd sərnişin ölüb.

Qeyd edək ki, biri uşaq olmaqla, 12 nəfər bu il yanvarın 15-də və fevralın 11-də Saratov vilayətində baş verən yol qəzalarının qurbanı olmuşdu.

Yeniçağ.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05