Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO 18+

Qubada yol qəzasında ölən şəxsin yaxınları axtarılır.

Yenicag.az-ın məlumatına görə, avqustun 17-də Quba şəhəri ərazisində yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış naməlum kişi tapılıb, dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avqustun 19-da həmin şəxs Quba RMX-da vəfat edib.

Tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin əlamətləri belədir: boyu 165-170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qonurdur, yaşı 60-70 arası. Bədəninin müxtəlif nahiyələrində döymələr var: sol əlində barmaqlarının üzərində 1959 yazısı, sol biləyində “ana” yazısı, sağ biləyində “ata” yazısı, sol əlində baş barmağında ərəb dilində yazı yazılıb.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə (02333) 5-43-02; (02333) 5-35-11 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur./Trend/

www.yenicag.az

2427
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100