Yol qəzasından sonra baş verən insidentlə bağlı AÇIQLAMA

media-hightechnic-468x90

Ötən gün paytaxtın Nərimanov rayonunda avtomobil yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən qadını vurub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hadisənin görüntüsü sosial şəbəkələrdə paylaşılıb

Hadisədən sonra maşının sürücüsü ilə qadının yanında olan şəxs arasında dava baş verib. Dava-dalaş ətrafdakı şəxslərin köməyi ilə o sakitləşdirilib.

Hadisə ilə bağlı DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsindən qaynaqlanan insident barədə polisə məlumat daxil olub.

O qeyd edib ki, aparılan araşdırmalarla “Toyota” markalı avtomobilin sürücüsünün piyadanı vurması, daha sonra isə sürücü və piyadanın yanında olan digər şəxs arasında mübahisə yaranması müəyyənləşdirilib: “Mübahisə edən tərəflərin xəsarət dərəcələrinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub. Ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05