Yol vergisi ARTIRILDI, benzin BAHALAŞACAQ?: “Gələcəkdə qiymətə təsiri...”
Gələn ildən Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə görə 0,02 manatdan 0,07 manata kimi artırılacaq.
Bu yeni qərar qiymət artımına səbəb olacaqmı?

Mövzunu Yenicag.az-a şərh edən iqtisadçı Natiq Cəfərli qərarın qiymətlərə birbaşa təsir etməyəcəyini vurğulayıb:
“Bizdə dizelin də, 92 markalı benzinin də qiymətini dövlət tənzimləyir. Tariflərin, aksiz və digər vergilərin qiymətə təsirləri birbaşa deyil, dolayısıyladır. Buna görə də bu, gələcəkdə qiymət artımına səbəb ola bilər. Amma qiymət artımının qərarını Nazirlər Kabineti və Tarif (Qiymət) Şurası verir. Yəni burada başqa cür də qərar verilə bilər. Məsələn, aksizlər artırılsa da, neft şirkətlərinə benzini bahalaşdırmamaları üçün müəyyən dotasiyalar (subsidiyalar) da verilə bilər. Yenə deyirəm, təsir birbaşa deyil, dolayıdır. Birbaşa təsirlər isə qiymətin Nazirlər Kabineti tərəfindən tənzimlənməsi zamanı ortaya çıxır.”
Cəvahir












