Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Ölkənin avtomobil yollarında vəziyyət açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, martın 28-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.













