Yolu keçən ata və bir yaşlı oğlunu maşın vurdu 

media-hightechnic-468x90

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində “Opel” markalı avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Mahmudov Elşən Mehman oğlunu və onun bir yaşlı körpəsini vurub.

Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Körpəyə ilkin yardım göstərilib və o, evə buraxılıb. E.Mahmudovun isə vəziyyəti ağır olaraq qalır.

Hadisənin təfərrüatı araşdırılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa