!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yolu keçən piyadanı maşın vuraraq öldürdü

!Reklam – Yazi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Nəsimi rayon sakini, 1988-ci il təvəllüdlü Gözəlov Emil Ələskər oğlu etibarnamə əsasında idarə etdiyi 99 EK 082 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobillə Moskva prospekti ilə Xırdalan istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllə zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

www.yenicag.az

2587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv