“İlk hədiyyəmi oğlumdan aldım. “Votsap”la məni təbrik etdi. O da mənimlə eyni gündə doğulub. Hədiyyəsini alıb, gözəl bir gün yaşadacağam ona”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, aparıcı və müğənni Şəhriyar Əbilov doğum günü ilə bağlı təəssüratını bölüşərkən deyib.
O, 45 illik yubileyini dəbdəbə ilə qeyd edəcəyini bildirib:
“Sentyabrın 2-də özümə dəbdəbəli yubiley törəni edəcəyəm. Çünki indiyədək özümə nə nişan, nə toy, heç nə etməmişəm. Hamısını bir günə sığışdırıb, 45 illik yubileyimi konsert proqrammı ilə qeyd edəcəyəm.
Bütün arzularımı mərhələ-mərhələ gerçəkləşdirirəm. İstər musiqi, istərsə də kino yaradıcılığımda yeniliklər çoxdur. Rejissor Raminin çəkdiyi serialda rol almışam, “Xəzər” Televiziyasında yayımlanacaq. Dekabrın 13-də “Evdə qalmış 2” filminin qala gecəsi olacaq. Eyni zamanda, aparıcılıq fəaliyyətimi də davam etdirəcəyəm. “Düşən pullar” layihəsinin yeni mövsümünə hazırlaşıram. Orada artıq “ulduzlar” yox, sıravi vətəndaşlar iştirak edəcək”.
Cəvahir
www.yenicag.az