Yumurta bahalaşdı

media-hightechnic-468x90

62744_res_01Bu gün bir qutu (360 ədəd) yumurtanın topdansatış qiyməti gözlənilmədən 11 manat artıb.

Bu barədə  “28 may” metrosunun yaxınlığındakı topdansatış ticarət mərkəzlərinin sahibləri məlumat veriblər.

Xəbərdə deyilir ki, içində 360 ədəd yumurta olan qutuları istehsalçı şirkətlərdən dünən 20 manata alıblar. Bu gün isə bir qutu yumurtanı topdansatış bazalarına 30 manatdan veriblər: “Biz də 30 manata aldığımız məhsulların hər qutusunun üstünə yalnız 1 manat qoymaqla məhsulu pərakəndə satışla məşğul olan ticarət mərkəzlərinə, yəni marketlərə paylamışıq. İstehsalçılar bahalaşmaya belə izah verdilər ki, qiymət artımı tələbatın artması ilə bağlıdır. Dünəndən bu günə tələbat necə, nə qədər artıb ki, birdən-birə 10 manat bahalaşma olub? Biz tələbatın artdığını müşahidə etməmişik”.

Qeyd edək ki, topdansatış qiymətlərinin artımı ilə pərakəndə satış qiymətləri də yüksəlib. Marketlərdə yumurtanın bir ədədinin qiyməti 7 qəpikdən 10 (bəzi marketlərdə isə 13) qəpiyədək artırılıb.

“İmişli Quşçuluq” MMCyumurtanın topdansatış qiymətinin bu gündən 10 manat bahalaşması xəbərini təsdiqləyib.

“İmişli Quşçuluq” MMC-nin baş ofis müdiri Müqabil Heydərov virtualaz.org saytına açıqlamasında qiymətlərin bu gündən bahalaşdığını dedi: “Yumurtanın qiyməti süni olaraq aşağı salınmışdı. Məqsəd isə bazarda rəqabətin artırılması və yumurta istehsalı ilə məşğul olan fabriklərin işinə çətinlik yaratmamaq idi. Amma fabriklər 4 ay ziyanla işlədi. Buna görə də qiymətlər artırıldı. İçində 360 ədəd yumurta olan qutunun qiyməti 30 manat oldu”.

Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev isə qiymət artımını broylerlərin xarici ölkələrdən asılı olması ilə əlaqələndirdi.

A.Vəliyev virtualaz.org saytına açıqlamasında xaricdən gətirilən yemin bahalaşdığını, buna görə də yumurtanın qiymətinin artırıldığını söylədi: “Yem, yem əlavələri, baytarlıq preparatları bahalaşıb. Buna görə də yumurtanın qiyməti artıb. Əvvəllər Ukraynadan yem kimi taxıl, qarğıdalı gətirilirdi. İndi isə Ukraynadan yem alınmır. Yəni Ukraynada baş verən hadisələr də buna təsir etdi. Xarici ölkələrdə yemin bahalaşması Azərbaycana da təsirsiz ötüşmür. Biz bu sahədə xarici ölkələrdən asılı vəziyyətdəyik”.

A.Vəliyev yumurtanın qiymətinin tələbat artdığından bahalaşması iddiası ilə razılaşmır: “Biz xarici ölkələrə yumurta satmaq istəyirik. Qiymət artımını tələbatın artması ilə əlaqələndirmək yanlışdır”.

İqtisadi İnkişaf Nazirliyindən qiymət artımından məlumatsız olduğunu dedilər.

Kənd Təsərrüfatı Nazirliyi isə hələlik meyvə-tərəvəz və ərzağın bahalaşmasına haqq qazandırmaqla məşğuldur.

media-ziraat-728x90

Yumurta bahalaşdı

media-hightechnic-468x90

publika.az1407239004yumurtaİyul ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 7,4 və 3,5 faiz ucuzlaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4 faiz bahalaşıb.

Birillik bitkilərdən açıq sarı qarğıdalının istehsalçı qiymətləri 29,4 faiz, qarğıdalı dəninin 22,6 faiz, tərxunun 18,8 faiz, yoncanın 5,2 faiz, quru otun istehsalçı qiymətləri 2,4 faiz bahalaşıb. Pomidorun 32,6 faiz, payızlıq bərk buğda toxumunun 27,5 faiz, bibərin 25,5 faiz, qarpız və yemişin 21,4 faiz, noxudun 20,0 faiz, badımcanın 15,6 faiz, baş sarımsağın 12,5 faiz, payızlıq arpa dəninin istehsalçı qiymətləri isə 8,9 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən şaftalının 23,2 faiz, gavalı və göyəmin 18,5 faiz, alçanın 15,8 faiz, armudun 14,0 faiz, almanın 11,8 faiz, albalı və gilasın 11,2 faiz, fındığın istehsalçı qiymətləri 10,8 faiz ucuzlaşıb. Morrq və böyürtkənin 79,4 faiz, süfrə üzümünün 43,4 faiz, limonun istehsalçı qiymətləri 12,9 faiz qalxıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 21,6 faiz, arı ailəsinin 14,3 faiz, dişi dananın 2,9 faiz, cöngənin 2,4 faiz, təbii balın istehsalçı qiymətləri 0,9 faiz bahalaşıb. Erkək qazın 22,2 faiz, yumurtalıq-ətlik və ətlik cinsli toyuqların 11,1 faiz, donuz ətinin (diri çəkidə) 10,1 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun isə istehsalçı qiymətləri 2,4 faiz ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600