!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yunan nazirə Ermənistanda dağıdılan Azərbaycan qəbiristanlıqları barədə istədiyi qədər fakt verə bilərəm”

!Reklam – Yazi

Qərbi Azərbaycan İcması Yunanıstanın xarici işlər nazirinin “Qarabağda xristian ocaqlarının qorunması və onlara dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə Avropa İttifaqı və UNESCO çərçivəsində kampaniyaya start verəcəyi” fikri ilə bağlı açıqlama yaymışdır.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin məsələ ilə əlaqədar AZƏRTAC-a eksklüziv açıqlamasında bildirib: “Bəzi Qərb ölkələri öz ermənipərəst və azərbaycanofob mövqelərini elə çılpaq şəkildə nümayiş etdirirlər ki, bəzən özlərini nə dərəcədə gülünc vəziyyətdə qoyduqlarının fərqində belə deyillər.

Yunanıstanın xarici işlər naziri yaddan çıxarır ki, Qərbi Azərbaycan İcması Ermənistana qarşı eyni ittihamla hələ 2022-ci il martın 27-də UNESCO-nun Baş direktoruna müraciət edib və həmin müraciət 2022-ci il mayın 20-də BMT-nin rəsmi sənədi kimi yayılıb. Bundan az sonra – 2022-ci il mayın 23-də UNESCO-nun Baş direktoru İcmanın müraciətinə rəsmi cavab verib. İndi yunanıstanlı nazir İcmanın addımını qədim yunan teatr ənənəsinə uyğun olaraq təqlidlə məşğuldur”.

Əziz Ələkbərli vurğulayıb ki, yaxşı olar Yunanıstanın xarici işlər naziri indiki Ermənistan ərazisində ermənilər tərəfindən dağıdılan, təhqir edilən Azərbaycan dini abidələri barədə danışsın. Əgər onda bu barədə kifayət qədər material yoxdursa, ona Ermənistanda dağıdılan, əkin sahəsinə çevrilən, ortasından asfalt yol çəkilən, həyətyanı sahə kimi ermənilərə paylanılan müsəlman qəbiristanlıqları ilə bağlı istədiyi qədər fakt, sübut, hətta əyani görüntülər təqdim edə bilərəm.

COP29

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv