!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yunanıstan Almaniyaya nota verdi: “300 milyard avro ödənilməlidir”

!Reklam – Yazi

Yunanıstan Birinci və İkinci Dünya Müharibələrini əsas gətirərək Almaniyadan 300 milyard avro təzminat tələb edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Yunanıstan mərkəzi hakimiyyəti artıq Almaniya tərəfinə rəsmi nota ünvanlayıb.

Yunanıstan Xarici işlər nazirliyinin yaydığı məlumata əsasən, nota Yunanıstanın Almaniyadakı səfiri tərəfindən bu ölkənin Xarici işlər nazirliyinə təqdim olunub.

Notada Almaniya tərəfindən “Yunan xalqı üçün böyük əhəmiyyət kəsb edən maddi və mənəvi məsələlərlə bağlı” danışıqlara başlanılması istənilib.

Qeyd edək ki, Yunanıstan tərəfi notaya səbəb kimi Dünya Müharibələrində həyatını itirənlərin ailələrinə təzminat, ölkəyə dəyən maddi zərər, Almaniya Mərkəzi Bankının zorla faizli kreditlər verməsi və s. məsələlər göstərilib.

Məsələ ilk dəfə 2016-cı ildə gündəmə gəlmiş, 2018-ci ildə isə rəsmi sənəd kimi qəbul edilib yayımlanmışdır.

İndi Almaniya tərəfi, təzminatı ödəməkdən imtina edir. Buna səbəb kimi Almaniyanın Yunanıstana 1960-ci ildə 115 milyard alman markı ödəməsi göstərilib.

Həşim Səhrablı 

COP29

www.yenicag.az

1364
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv