Yunanıstan yardımı rədd etdi
Yunanıstan hökuməti Avropa İttifaqının maliyyə yardımı proqramı layihəsini rədd edib.
Yenicag.az xəbər verir ki, bu barədə Yunanıstan hökumətindəki mənbə bildirib.
“Layihə mənasız və düşüncəsiz şəkildə hazırlanıb. Belə olan halda proqramın müzakirəsi aparıla bilməz”, deyə mənbə bildirib.
Bundan əvvəl Avropa İttifaqına üzv olan dövlətlərin maliyyə nazirlərinin Yunanıstanla kredit proqramı barədə razılaşma əldə edə bilmədikləri barədə məlumat yayılmışdı.