!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yunanıstanın pravoslav kilsəsi deputatlara qarşı üsyan edir

!Reklam – Yazi

Yunan Pravoslav Kilsəsi hökumətin eynicinsli nikahları qanuniləşdirməklə bağlı “şeytani” qərarından hiddətlənib.

Qeyd olunub ki, din xadimləri qanunu dəstəkləyən deputatlar üçün cəza tədbirlərinin tətbiq olunmasını tələb ediblər.

Kilsə nümayəndələri “amoral qanunvericiləri” kənarlaşdırmağa çağırıblar. Korfu adasının kilsə rəhbərliyi, həmçinin iki yerli deputatın hər hansı dini mərasimdə iştirakının qadağan ediləcəyini açıqlayıb.

“Bizim fikrimizcə, bu deputatlar özlərini kilsənin fəal üzvləri hesab edə bilməzlər. Biz onları öz pozuntularına görə tövbə etməyə çağırırıq”, – deyə Korfu kilsəsi bildirib.
Yepiskop əlavə edib ki, bu tələbin yerinə yetirilməməsi avtomatik olaraq qanunvericilərin xristianların birlik ayinindən və digər kilsə tədbirlərindən kənarlaşdırılmasına gətirib çıxaracaq.

Xatırladaq ki, fevralın 16-da Yunanıstan Parlamenti eynicinsli nikahları qanuniləşdirən və eynicinsli cütlüklərdə uşaqların doğulmasını nəzərdə tutan qanunu qəbul edib. Yunanıstan belə bir təşəbbüsü təsdiqləyən ilk pravoslav ölkə olub. Kilsə fəal şəkildə buna qarşı çıxıb.

Mənbə: The Guardian

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv