Yunanıstanın son şansı

media-hightechnic-468x90

yunanistan-turizm-bakanı_533876 (1)Yunanıstan hökuməti bu ayın sonuna qədər xaricə olan dövlət borclarını ödəyə bilməzsə, iflasa uğrayacaq.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu səbəbdən ölkə yeganə gəlir mənbəyi olan turizmə bel bağlayıb. Yunanıstanın bəzi turizm şirkətləri hətta 40 % endirimlər tətbiq edərək, əcnəbiləri cəlb etmək niyyəti güdür.

Bildirilir ki, turizm sahəsində qiymətlərin bu cür enməsinə səbəb Yunanıstanın iqtisadi böhran yaşamasıdır. Belə ki, ölkənin bir sıra beynəxalq təşkilatlara, o cümlədən xarici dövlətlərə  fantastik məbləğdə dövlət borcu var.

Bütün ümidlərini türk və rus turistlərinə bağlayan Yunanıstanın hökuməti olduqca çarəsiz durumdadır. Ekspertlərin fikrincə, sözügedən ölkədə qiymətlərin belə kəskin enməsi əcnəbi turistlərdə ciddi maraq oyadacaq və iqtisadi böhrandan qurtulmaqda yardımçı olacaq.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600