!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yuxular haqqında bilmədiklərimiz

!Reklam – Yazi

Yuxuları minlərlə paralel kainatda ikinci həyatımız saymaq olar. Sağlıqlı bir ağıl üçün yuxu şərtdir. Bəs yuxular haqqında həqiqətən nə bilirik?

Yenicag.az sizin yuxular haqqında bəzi maraqlı faktları təqdim edir:

1-Yuxularımızın 90 faizini unuduruq. Yuxudan oyandıqdan 5 dəqiqə sonra gecə gördüyümüz xəyalların 50% -ni unuduruq, 10 dəqiqədə isə 90%!

2- Yuxuda sadəcə tanıdığımız simaları görürük. Əvvəllər heç görüşmədiyiniz biri ilə hərəkət dolu bir yuxu yaşaya bilərsiniz. Ancaq əmin olmayın. Beynimiz əvvəllər görmədiyi bir şeyi yaratmır. Ancaq əvvəllər gördüklərini birləşdirə və orijinal parçalar yarada bilər. Gündəlik həyatda, küçədə, evdə, internetdə, TV-də minlərlə insanı görürük və yuxuda gördüyünüz yad adam bunlardan biri ola bilər.

3- Korlar da yuxu görür. Xüsusilə görmə qabiliyyəti ilə doğulub və sonradan itirənlər yuxular görməyə davaçm edir. Ancaq doğuşdan kor olanların yuxuları səsə, qoxuya və hissə əsaslanır və eynilə bizim kimi təəccüblüdür!

4- Hər kəs yuxu görür. Heç vaxt yuxu görmədiyini söyləyən biri ilə mütləq ki, tanış olmusuz. Ancaq ciddi bir psixoloji pozğunluğu olmadıqda bu elmi cəhətdən mümkün deyil. Görmədim deyən hər kəs sürətli unudanlardır.

5- Hər kəs yuxunu rəngli görməz.  İnsanların 12% -i xəyallarını qara və ağ rəngdə görürlər. 1960-cı illərə qədər bu nisbət daha yüksək idi, lakin rəngli televiziya həyatımıza girəndən sürətlə aşağı düşüb. Hal-hazırda 25 yaşdan kiçiklərdə ağ və qara yuxu nisbəti 4.4 faizdir.

6- Yuxular sembolikdir. Yuxu zaman bilinçaltımız danışır və bilinçaltımız olduqca dərin danışmağı sevir. Yuxuda gördüklərimiz tamamilə fərqli şeylər ifadə edə bilər.

7- Duyğular. Gündəlik həyatınızda çox şən, xoşbəxt bir insan ola bilərsiniz, ancaq yuxular çox vaxt streslidir. Emosiyalarda mənfi duyğular pozitivlərdən daha çox yer tutur, buna görə yuxuda daim təqib olunur və ağlayırsınızsa, narahat olmayın, bu normal haldır.

8- Gecə maksimum 7 yuxu görə bilərsiniz. Ortalama bir gecədə yuxular cəmi 2 saatı əhatə edir, sayı isə 4 ilə 7 arasında dəyişə bilər.

9- Heyvanlarda yuxu görür. Bir çox heyvan üzərində aparılan təcrübələr göstərir ki, heyvanlar yuxu zamanı insanlarla eyni beyin dalğalarını yayır. Ev heyvanı saxlamısınızsa, bunu çox yaxşı bilirsiniz.

10- Yuxularımız real həyatla paralel işləyir. Məsələn, kimsə siz yatarkən skripka çalırsa, özünüzü klassik musiqi konsertində təsəvvür edə bilərsiniz.

11- Qadınlar və kişilər fəqrli şəkildə yuxu görür. Kişilər əsasən kişilərin olduğu yuxular görür. Başqa sözlə, bir kişinin yuxuda gördüyü insanların 70% -i kişidir. Qadınlarda bu nisbət bərabərdir. Kişilərin daha aqressiv yuxuları olsa da, qadınların yuxuları daha sakit olur.

12- Gələcəkdən xəbər verən yuxular. İnsanların 38 faizi yuxularının ən azı bir dəfə reallaşdığını söyləyir. Bu mövzuda elmi məlumatlar olmasa da, yuxuların gələcəyini söylədiyinə inananların nisbəti 68 faizdir.
13-Xoruldayırsınızsa yuxu görməzsiniz. Bu internetdə çox geniş yayılmış bir mövzudur, ancaq elmi bir dəlili yoxdur. Xorlama zamanı yuxu görə bilərsiniz, ancaq yanındakının görə bilməycəyi dəqiqdir./maslahat.az/

COP29

www.yenicag.az

1677
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv