ABŞ-ın “Netflix” kinoşirkəti məşhur kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanı əsasında film çəkmək hüququnu əldə edib.
Yenicag.az xəbər verir ki, icraçı prodüser olaraq yazıçının oğlanları – Rodriqo və Qonsalonun iştirak etdikləri layihə roman əsasında serial çəkilməsini nəzərdə tutur. Çəkilişlərin əsas hissəsi yazıçının vətəni Kolumbiyada aparılacaq.
1927-ci ilin martın 6-da doğulan mərhum yazıçının ən məşhur əsərlərindən olan “Yüz ilin tənhalığı” romanı ilk dəfə 1967-ci ildə 8 min tirajla işıq üzü görüb. Daha sonra 46 dildə 50 milyon nüsxə ilə nəşr edilib./Report/
www.yenicag.az