Zabit Səmədov rinqə qayıdır - Döyüşü canlı yayımlanacaq
Tanınmış k-1 ulduzu azərbaycanlı Zabit Səmədov növbəti döyüşə hazırlaşır. Yeniçağ.az xəbər verir ki, yarışmayın 13-də Türkiyədə keçirəcək. Həmyerlimizin rəqibi belçikalı Frederik Sinistradır.
Gebze İdman Sarayında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Digər döyüşlərin də keçiriləcəyi gecəyə bir çox siyasətçi, iş adamı və idmançı qatılacaq. Görüş TV8,5 kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, o bir müddət idi ki, yarışlara çıxmırdı. Mart ayından isə məşqlərini bərpa etişdi.
Yeniçağ.az