Zahid ORUC: Vəziyyət ruscadır

media-hightechnic-468x90

1513260_638957592814022_1653250194_nİndi keçmiş sovet respublikalarının hamısının üstünə Ukrayna havası çöküb.Cəmiyyət həyatı öz axarında davam eləsə də iri kapital kütləsi və burjuaziyanın hərəkətlərində Rusiyadan gələn növbəti qərarların bir xofu duyulmaqdadır.Düz 100 il əvvəl 1-ci dünya müharibəsi ərəfəsində olduğu kimi Avstriyanın vəliəhdinin öldürülməsinə ehtiyac duyulmadan Rusiya qlobal ambisiyalarını ortaya qoyaraq Avropanı sanki hazırlıqsız yaxalayıb və onları fakt qarşısında qoyub.Tarixin təkərini geri fırlatmaq mümkün imiş.

Donetsk Xalq Respublikasının yaradılması üçün Vilayət sovetinə edilən hücumun Krım ssenarisi üzrə inkişafı tamam realdır. İnformasiya vasitələrində yayımlanan kadrlar Stalinin portreti və NATO-ya qarşı sloqanlarla tərtib olunaraq açıq qarşıdurmaya dair hazırlığı qətiyyətlə nümayiş etdirir.Turçinovun “ikinci dalğa” adlandırdığı Rusiya xüsusi əməliyyatının qarşısını kəsməyə isə 182 minlik ordunun bircə əskəri belə çıxmağa qadir deyil.Ukrayna bir güllə atmadan,2-ci dünya müharibəsində göstərdiyi rəşadətin tam əksinə olaraq təslim olmaq ərəfəsindədir.Hanı o mifik generallar?Hanı O Maydan epopeyası?

Krımdan təxminən 15 dəfə böyük olan Donetsk təkcə şərqi ərazilərin sənaye potensialını özündə birləşdirməyib,eyni zamanda digər Vilayətlərin-Luqansk və Xarkovun geniş itaətsizlik və müstəqillik hərəkatına da başçılıq edə bilər. Yanukoviçin qayıdış xəbərləri altında dövriyyədə qanuni prezidentin öz taxt-tacına qaytarılacağı məlumatları tirajlanmaqda davam edir.Əgər belə gedərsə, onun cəmi 1 ay əvvəl verdiyi hətta ən səbatsız adamların başa düşəcəyi proqnozu-Donbas şaxtaçılarının üsyankar inqilabı ölkənin bütün iqtisadi sistemini çökdürməyə qadir olacaq və mədən fəhlələri ayağa qalxacaqdır.Belə olan təqdirdə böyük bir ölkənin “polad ürəyi” sarsılacaq və indi Krımla yalnız kiçik bir zərbə almış vahid orqanizm tam çökəcək.Qaçmış prezident bunu hədə kimi deyil,Kremlin yeni inqilabi hökumətindən alacağı qisas olduğunu sübuta yetirəcəkdir.Əgər plan baş tutmasa, Yanukoviçi Federal kəşfiyyat bürosunun emissarları tərəfindən qətlə yetirib onu məhdud xalq kütlələrinin sevgisi altında dəfn edəcəklər və xəyanətkar obrazdan qəhrəmana çevrilən devrilmiş rəhbərin portreti növbəti toqquşmaların simvoluna çevriləcək.

Krımdan sonra dünyanın sərt reaksiyası,Barak Obamadan Merkelə qədər davam edən hədələyici ton rus hərb maşınını dayandarmaq gücündə deyil.20 nəfərə qarşı tətbiq edilmiş sanksiya ilə rus dövlətini istisadi cəhətədən çökdürüb Qərblə əlaqələrdən məhrum etmək illüziyadır.Alman biznes elitası siyasətçilərinin belə addımını ağır əks nəticələr doğuracaq avantüra saymaqda tam haqlıdırlar.
Ukraynaya real maliyyə yardımının Avropa Birliyi səviyyəsində 1 milyard avro və Birləşmiş Ştatlardan 1 milyard dollar səviyyəsində müəyyənləşsə də azadlıq və demokratiya istəyərək meydanlara çıxmış xalq kütlələrini bununla doyuzdurmaq mümkün deyil.Onlar dərin bir xəyal qırıqlığına uğrayıblar.

Bu gün Joze Manuel Barozo bəyan edib ki,Ukraynanı belə vəziyyətdə Avropa Birliyinə qəbul etmək mümkün deyil.Verdikt kimi səslənir, deyilmi?Bu da Vilnüs sammiti ilə qoxunc yuxu içinə atılmış bir millətə çıxarılan hökm! Bəs beləydisə, niyə onları zamanı qabaqlayıb rus ət maşının qabağına verirdilər?Məgər Nino Burcanadzenin dediyi kimi,Saakaşvilinin avantüralarını dinləyib 20 faiz ərazisini itirmiş gürcü xalqının taleyi onlara azlıq edirdi?Yeri gəlmişkən,xatırladım ki,Ukrayna 607 min kvadrat km-lik bir məkanda qərarlaşıb və ondan beşdə-bir hissəni çıxmaq üçün 27 min kv.km Krımın üstünə indi separatçılıqda ittiham edilən subyekləri də gəlsələr,riyazi olaraq gürcü siyasətçinin proqnozu tam doğrulacaqdır.Beləliklə,SSRİ-yə keçmişdə daxil olan 6 ölkə eyni proporsiyada yaralanaraq Rusiyadan asılı vəziyyətə düşəcəkdir.

Lavrovun başçılıq etdiyi idarənin bu günkü şərqi Ukraynadan gələn dramatik xəbərlərə reaksiyası bir daha özünün hədələyici tonu ilə diqqəti cəlb edir.Əgər rus xalqına qarşı silah işlənsə,qan tökülsə,Rusiya həmin ərazilərə hərbi qüvvə yeritməkdən çəkinməyəcək.Federasiya Şurasının xarici məkanlarda Silahlı Qüvvələrdən istifadə etmək hüququ verən qanunu ona geniş diapazonda hərəkət azadlığı verir.O,çarizmdən sonrakı dövrdə açıq-aşkar rus xalqının qətiyyətli hökmdarı kimi onun imperiya maraqlarını uğurla gerçəkləşdirməkdə davam edir.
Rusiya Xarici İşlər Nazirliyi xəbərdar edir ki,Ukrayna Konstitusion islahatlara getməsə və federallaşmaya açılmasa,rus dlinin statusunu qaldırmasa,Qərblə əlaqələrini kəsməsə “onu daha böyük bəlalar gözləyir”.Artıq ayağa qalmış yeni etrazçılar dəstəsinin məxfi xidmət orqanları tərəfindən silahla təzhiz edilməsinə başlanıb.

Ukrayna Ordusunun yüksək çinli Admiralı bəyan edib ki,bütün hərbi hissələrdən kütləvi texnika və güclü müasir avtomatların oğurlanması barədə xəbərlər gəlməkdədir.Belə çıxır ki,təkcə atom silahını bu savaşa qatmayan Rusiya Ukraynanı həm də öz daxili hərbi imkanları hesabına çökdürür.Bütün sərhəd boyu toplanmış 30 mindən artıq qoşun və Sevestapoldakı bazanın da bir o qədər qüvvəsi vasitəsilə hədə və qorxu saçan əsil döyüşən rus əskəri Avropanı-Polşadan Baltikyanı məkana qədər bir ərazini təhlükəyə aldığını ortaya qoyur.Xəritələr bütün tarix boyu güclü hərbi zastavalar tərəfindən cızılr.Bu gün də belədir.Napoleon silahlı batalyonları həmişə haqlı sayırdı.

Bəs yeni Ukrayna hökuməti yaranmış böhrandan çıxmaq üçün nələri edir?Dişsizlik və böyük siyasətdən xəbəsizlik onları xarakterizə edən başlıca keyfiyyətdir.Kliçkonun tərəfdarları bu gün Turçinovu Krımı satmaqda ittiham edib və ölkədə hakimiyytsizliyin hökm sürməsinə görə onları açıq səriştəsizlkidə suçlandırıb.Böhran dərinləşdikcə koalisiya siyasi gərginliyin təsiri altında can verir.

Bir sözlə,vəziyyət ruscadır.Krım hadisələrinin ilk günündən bütün dünyanın qiqant informasiya maşınını Rusiyanın üstünə salan Qərb isə Ukrayna xalqı ilə onun yaralarına göz yaşı axıtmağı deyil,məşhur paralimpiyaçı Oskar Pistoriosun qətlə yetirdiyi sevgilisinin ailəsi qarşında etiraf hıçqırıqlarını baş sərlövhəyə çıxarmaqla bu gün əsil mənəvi rəzillik göstərir.İndi bir baxın-Ukraynanı çəkib Avropaya aparmaq üçün onu saldıqları oddan çıxarmağa dair heç bir hərbi yardımdan söhbət açılmır.Yalnız özünümdafiə dəstələri adı altında gələcəkdə rusun bir zərbəsi ilə əzəcəyi marionet silahlı karikaturanı efirdə reklam etməkıə məşğuldular.

Ukrayna paralimpiyaçı Pistoriosun şikəst ayaqlarından da aşağıdır.Bunu hər kəsin bilməsi gərəkdir.Qərb bir adamın faciəsini bir xalqın fəlakətindən üstün tutur.Stalin o vaxt necə demişdi?

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600