Zahid Qaralov dünyasını dəyişdi

media-hightechnic-468x90

86792drgh9Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, tanınmış ictimai-siyasi xadim Zahid Qaralov vəfat edib. YAP-ın mətbuat xidmətindən verilən xəbərə görə, Z. Qaralov 81 yaşında Almaniyada dünyasını dəyişib. Bir aya yaxındır Almaniyada müalicə olunan Z. Qaralov insultdan vəfat edib.

Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid (Dmanisi) rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika-riyaziyyat fakültəsini bitirib. Pedaqoji elmlər doktoru, professoru, respublikanın əməkdar müəllimi olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru təyin edilib. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.

YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü, 1995-2005-ci illərdə Milli Məclisin üzvü olub. Z. Qaralov məşhur “91-lər”dən biri idi(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600