Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun dəvəti ilə Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən İDEX – 2019 Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib.
Yenicag.az Müdafiə Nazirliyinə istinadən verdiyi xəbər verir ki, mərasimdən sonra general-polkovnik Z.Həsənov sərgi ilə tanış olub və burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələrinə baxış keçirib.
www.yenicag.az