Zakir Həsənov İrakli Kobaxidze ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB

media-hightechnic-468x90

Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri cənab İrakli Kobaxidze ilə görüşüb.

media-banner_tuq

Azərbaycan Müdafiə Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.

Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

***

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb.

Yenicag.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

Gürcüstanla Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.

Tərəflər regionda sülh və sabitliyin vacibliyinə xüsusi diqqət yönəldiblər.

Görüşdə Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani də iştirak edib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05