Zakir Həsənov müşavirə keçirdi

media-hightechnic-468x90

Azərbaycan Ordusunda həyata keçirilən islahatlar davam etdiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 29-da nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri və birlik komandirlərinin iştirakı ilə keçirilən xidməti müşavirədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişlərini bir daha müşavirə iştirakçılarına xatırladan nazir dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatların davam etdirilməsi və qarşıda duran vəzifələrin icrası ilə bağlı bir sıra tapşırıqları diqqətə çatdırıb.

media-ziraat-728x90

Zakir Həsənov müşavirə keçirdi

media-hightechnic-468x90

83296Azərbaycanda irimiqyaslı hərbi təlimlər sona çatıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən təlimlərə cəlb olunan məsul zabitlərin iştirakı ilə irimiqyaslı təlimlərin yekunlarına dair müşavirə keçirilib.

Yenicag.az xəbər verir ki, toplantıda çıxış edən müdafiə naziri döyüş şəraitinə maksimal uyğun, praktiki atışlarla icra olunan təlimləri təhlil edərək şəxsi heyətin döyüş hazırlığını, peşəkarlığını yüksək qiymətləndirib.

Z.Həsənov belə təlimlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb və komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600