Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
Zakir Həsənov İsrailə səfər edib
İsrailin müdafiə naziri İsrail Katz Tel-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov ilə görüşüb.
Yenicag.az verir ki, bu barədə “Times of Israel’ İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.
Azərbaycan və İsrail arasında müdafiə sahəsində əməkdaşlıq
Görüş zamanı Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib, ortaq maraqlar və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb
Tərəflər müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.
İsraillə Türkiyə arasında vasitəçilik səylərinə görə Azərbaycana təşəkkür
İsrail müdafiə naziri HAMAS-ın 7 oktyabr hücumundan sonra dəstəyə, eləcə də, İsraillə Türkiyə arasında vasitəçilik səylərinə görə Azərbaycana təşəkkür edib.
Azərbaycanıın “Eurovision”da İsrailə 12 xal verməsi
Katz Azərbaycanıın “Eurovision” yarışmasında İsrailə 12 xal verməsini iki hökumət və xalq arasında əsl dostluq əlaməti adlandırıb.