Zaporojye AES-in enerji təchizatı kəsilib: nüvə riskləri barədə xəbərdarlıq

media-hightechnic-468x90

Ukraynadakı Zaporojye AES bu gün səhər saatlarında xarici elektrik mənbəyindən tamamilə ayrılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) bəyanatında deyilir.

Məlumata görə, səhər saatlarında Zaporojye AES-i təmin edən sonuncu xarici elektrik xətti də sıradan çıxıb və stansiya tam şəkildə xarici enerji təchizatını itirib.

Bildirilir ki, təhlükəsizlik sistemlərinin işləməsini təmin etmək üçün ehtiyat dizel generatorları avtomatik olaraq işə düşüb. Obyektdə daimi fəaliyyət göstərən agentliyin komandası vəziyyəti nəzarətdə saxlayır.

“Təkrarən xarici elektrik təchizatının itirilməsi münaqişə şəraitində nüvə təhlükəsizliyi üçün risklərin nə qədər yüksək olduğunu göstərir”, — AEBA-nın baş direktoru Rafael Qrossi bildirib./APA/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05