Zaqatalada maşın təmiri sexi və içərisindəki avtomobil yandı

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyi Zaqatala rayonunda baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. 

Qurumdan Yenicag.az-a verilən məlumata görə, rayonun Yuxarı Tala kəndində ümumi sahəsi 96 kvadratmetr olan, iki boksdan ibarət avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 24 kvadratmetr sahədə və içərisində təmirə dayanan VAZ markalı minik avtomobili yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa