Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zaqatalada narkotacir avtomobillə polisi vurdu

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Nail Hüseynov saxlanılıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1,9 qram, yaşadığı evdən isə 115 qram marixuana aşkar edilib.

Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər. Narkotik vasitəni ona satmaqda şübhəli bilinən şəxsin saxlanılması zamanı o, idarə etdiyi “VAZ-2106” markalı avtomobili polis əməkdaşının idarə etdiyi avtomobilə vurub. Bütün cəhdlərinə baxmayaraq, polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılıb.

Araşdırmalarla onun Mahamalar kənd sakini Fərrux Xəlilov olduğu müəyyən edilib. Axtarış zamanı ondan çəkisi 1 kiloqrama yaxın narkotik vasitə – üzərindən 10 qram, avtomobilindən 557 qram, evindən isə 345 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Loading...

www.yenicag.az

1875
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100