“Zaqreb Open”: Bu gün Azərbaycanın üç güləşçisi mübarizəyə qoşulur

media-hightechnic-468x90

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Yenicag.az xəbər verir ki, bu gün sərbəst güləşçilər çıxışlarını başa vuracaq, qadınlar isə mübarizəyə başlayacaqlar.

Azərbaycan millisinin iki sərbəst güləşçisi xalça üzərinə çıxacaq. Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Qadınların yarışında isə Gültəkin Şirinova (55 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, ilk gündə üç sərbəst güləşçi – Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal qazanıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600