!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zarinadan Operativ Qərargaha ÇAĞIRIŞ: “Psixoloji sarsıntı içindəyəm, belə getsə ...”

!Reklam – Yazi

“Operativ Qərargaha səslənirəm, biz incəsənət adamları üçün daha ağırdır, qapanmalar olmasın, hər yer açılsın. Bunun fəsadlarının nə qədər ağır olduğunu bilirik. İntihara qədər aparıb çıxara bilər”.

Bunu pandemiyadan bezən aktrisa Zarina Qurbanova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa insanların, xüsusən də incəsənət adamlarının işsiz qaldıqca daha aqressiv olduqlarını və depressiyaya düşdüklərini bildirib:

“Adam belə vəziyyətdə depressiyaya düşür, bu da indiki vaxtda biz gənclərə heç lazım deyil. Hər yer açılmalıdır, qapanmaya gedilməməlidir. İnsanlar işsiz qaldıqca daha çox aqressiv olur. Hər kəs bir-birini acılayır, əsəbi olur. Belə görünür ki, insanları yeni onlayn dünyaya hazırlayırlar. İncəsənət adamları onlayn formada necə məşq etsinlər, tamaşa oynasınlar. Onlayn fiziki işi məhdudlaşdırır və yalnız zehni fəaliyyətə imkan yaradır. Hamı peyvənd də olunur, bu bəla bircə tez bitsin ki, azad nəfəs ala bilək”.

Zarina Rusiya ilə müqayisə də edib və onlayn fəaliyyətin heç bir effekt vermədiyini bildirib:

“Bu yaxınlarda Moskvada eksperiment apardılar. Onlayn şəkildə teatrlar üçün bilet satışı edildi, amma heç bir effekti olmadı, biletlər satılmadı. Bu da onu göstərdi ki, insanlar ünsiyyət forması olan teatrı canlı izləməyin tərəfdarıdır. Bu pandemiya, qapanmalar incəsənətə böyük zərbə vurur. Teatr və kino aktyorlarının çoxu bu dəqiqə baxmayaraq ki, məvacib alırlar, amma fəaliyyətsiz qalıblar. Nəticədə depressiya, stress yaşamağa başlayırlar. İncəsənət adamının da depressiyaya düşməsini Allah göstərməsin. Bunun fəsadlarının nə qədər ağır olduğunu bilirik. İntihara qədər aparıb çıxara bilər. Çünki hamımız həssas adamlarıq. Şəxsən özüm psixoloji sarsıntı içindəyəm. Tez-tez səyahət edən insan kimi əlim-qolum bağlıdır, Avropaya həsrət qalmışam. Vəziyyətdən çıxış yolu axtarıram”.

Cəvahir

www.yenicag.az

883
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv