!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaur Darğallı Marneulidə SOCAR -ın təməlqoyma mərasimində iştirak edib

!Reklam – Yazi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev Gürcüstana rəsmi səfəri zamanı bir sıra şəhər və kəndlərdə önəmli layihələrin təqdimatını etdi. Səfər o cümlədən Marneulidə də baş tutdu. Marneulinin İlməzli kəndində qaz paylayıcı şəbəkənin inşasının təməl qoyulma mərasimi keçirildi. Kənd sakinləri yaxın zamanda təbii qazla təmin olunacaqdır. Eyni zamanda Qızıl Hacılı kəndində müasir idman stadionun inşasının təməli qoyulmuşdur. Bu və digər mühüm layihələr bölgədənon bir sıra rayon və kəndlərində də həyata keçirilməkdədir.

Görüş boyu Rövnəq Abdullayev və deleqasiya ilə birgə iştirak edən Marneulinin keçmiş meri hazırda isə keçiriləcək parlament seçkilərində hakim partiyadan deputatlığa majoritar namizəd olan Zaur Darğallı fikirlərini bizimlə paylaşıb. “Ilməzli kəndində, qaz paylayıcı şəbəkənin inşasının başlanması mənim üçün çox sevindirici bir haldır. Bu, çox əhəmiyyətli layihə başa çatdıqdan sonra, qazlaşdırılmış əhalinin sayı 250 nəfərədək artacaq. Qızılhacılı kəndində, simvolik açılışında şəxsən iştirak etdiyim idman kompleksinin tikintisinin başlanmasını qeyd etməmək mümkün deyil. Çoxfunksiyalı idman kompleksi, “SOCAR” şirkəti tərəfindən inşa ediləcək və dövlətə pulsuz təhvil veriləcək, buna görə şirkətə öz təşəkkürümü bildirirəm. Bu tədbirlər, tərəfdaş ölkələrin həm hökumət, həm də biznes nümayəndələri ilə hökumətimizin uğurlu əməkdaşlıq etdiyini bir daha sübut edir.

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv