Zaur Kamaldan haqqında yayılan xəbərə REAKSİYA: “YALANDIR”

Aparıcı Zaur Kamalın “Həmin Zaur” proqramının yayımıının dayandırılması, yeni mövsümdə efirə getməyəcəyi, başqa layihə edəcəyi ilə bağlı xəbərlər yayılıb.

Yenicag.az-a açıqlama verən Zaur xəbəri təkzib edib və yeni mövsümdə eyni telekanalda, eyni adlı verilişlə efirə davam edəcəyini bildirib:

“Yalan söhbətdir, bu xəbərlərin nədən qaynaqlandığını da bilmirəm.Yenə də “Həmin Zaur” ARB TV-də yayımını davam etdirəcək. Eyni gündə və eyni saatda, həftə içi beş gün. Yay fəsli ilə əlaqədar tətildəyik. Verilişin çəkilişlərini Türkiyədə aparırıq”.

Aparıcı “Həmin Zaur”un oktyabrın 4-də efirdə yayımlanacağını bildirib.

Cəvahir