Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin faciəsindən Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Biz çox gözəl başa düşürük ki, həm Azərbaycan vətəndaşlarının, həm də ölkə vətəndaşlarının həyatına son qoyan təyyarə qəzası ilə bağlı faciə həm orada, həm də burada çox kəskin şəkildə yaşanır. Biz başa düşürük ki, bütün bunlar səbəbsiz baş vermir, bir çox insan bu işdən bir növ yararlanmaq istəyir, lakin onların bəxti gətirməyəcək, çünki regional məsuliyyət və bu cür inkişaf perspektivləri də daxil olmaqla, belə ümumi tarixə və məsuliyyət sahəsinə malik olan xalqlar və ölkələr arasında təcrid yaratmaq cəhdləri uğursuzluğa məhkumdur”, – deyə diplomat qeyd edib.
www.yenicag.az