Zəfər Günü ilə bağlı 19 avtobusun hərəkəti dəyişdiriləcək

media-hightechnic-468x90

8 Noyabr Zəfər Günü ilə bağlı hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü ilə əlaqədar avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, yürüşün təşkil olunacağı 3 istiqamət üzrə ümumilikdə 19 sayda marşrutun (3, 5, 6, 10, 17, 18, 31, 37, 39, 53, 65, 77, 88, 96, 125, 127, 205, 206 və E1) hərəkəti müəyyən olunan saatlarda məhdudiyyətlərə uyğun alternativ küçələrdən keçməklə təşkil ediləcəkdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600